21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Adnan Fətullahın köməkçisi olub? - DƏHŞƏTLİ FAKTLAR

22.07.2018

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatı ilə bağlı aparılan araşdırma ortaya hər gün yeni və tükürpədici detallar ortaya çıxarır.
"Dövran Media" Türkiyə KİV-inə istinadən xəbər verir ki, Adnan Oktarı Bakırköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasında 7-8 ay müayinə edən psixiatriya mütəxəssisi, professor Səfa Sayğılının söylədikləri təşkilatın iç üzünü ortaya çıxarmaq baxımından çox əhəmiyyətlidir.
Professorun sözlərinə görə, Adnan Oktar özünü Mehdi, Fəthullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fəthullah Gülənin isə köməkçisi hesab edirdi.
O bildirib ki, Adnan Oktarın qrupun FETÖ-nün başqa bir versiyasıdır.
"Eyni metoddan tətbiq edir, eyni xüsusiyyətləri daşıyırlar. Hətta Adnan Oktar özünü Mehdi, Fəthullah Gülənin də köməkçisi olduğunu söyləyirdi. Özünü Mehdi hesab edənlərin zəif nöqtəsi özlərinə həddən artıq inanmalarıdır. Bu səbəbdən də hər cür rəzilliyə yol verirlər. Hər cür səhv edirlər və asanlıqla özlərini ələ verirlər”, - Səfa Sayğılının vurğulayıb.
Professor qeyd edib ki, Adnan Oktar 1986-ci ildə həbs olunanda özünü Mehdi adlandırdığı üçün Bakırköy Ruhi və Sinir Xəstəlikləri Xəstəxanasına yerləşdirilmişdi. Onun sözlərinə görə, Adnan Oktarın hədəfi zəngin insanların uşaqlar idi.
"Dini təhsilləri olmayan insanları inandırırdı. Özünü mehdiliyə indekslənmişdi. Hədəfi bununla da şər imperiyası qurmaq idi”, - o yekunlaşdırıb.