Ərdoğandan azərbaycanlı deputata TƏŞƏKKÜR
27.01.2018
Türkiyə hal-hazırda ən çətin missiyanı həyata keçirir.
Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti, millət vəkili Səməd Seyidov bildirib.
S.Seyidov qeyd edib ki, Türkiyə yalnız özü üçün deyil, bütün dünya üçün, Avropa üçün savaşır.
Millət vəkilinin sözlərinə görə, Türkiyənin həyata keçirdiyi "Zeytun Budağı” adlı hərbi əməliyyatlar PKK və İŞİD terrorçularına qarşıdır:
"Türkiyənin həyata keçirdiyi "Zeytun budağı” əməliyyatı nə işğaldır, nə də təcavüzdür. Bu əməliyyat terrorçuların təmizlənməsi üçün aparılır”.
Türkiyə-Azərbaycan əlaqələrinə münasibət bildirən S.Seyidov qeyd edib ki, Türkiyə ilə Azərbaycan iki qardaş ölkədir:
"Türkiyə bizim döyünən ürəyimizdir. Türkiyənin hər bir problemi bizim də problemimizdir, sevinci sevincimiz, kədəri kədərimizdir”.
Qeyd edək ki, dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın millət vəkili, AŞ PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidova minnətdarlığını bildirib.
DM