Marukyandan AÇIQLAMA
02.03.2021
Ermənistanın müxalif İşıqlı Ermənistan Partiyasının sədri Edmon Marukyan baş nazir Nikol Paşinyandan dünən mitinqdə dedikləri haqqında sübut tələb edib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan dünən mitinq zamanı baş qərargah rəisi Onik Qasparyanın sabiq Ermənistan prezidenti Serj Sarkisyandan göstərişlər aldığını demişdi.
E.Marukyan Paşinyandan bu barədə dəlillər göstərməsini tələb edib.
"Baş nazir deyir ki, Qasparyan göstərişləri Sarkisyandan alır. Qoy Paşinyan dediklərini sübut etsin, dəlil göstərsin, ya da danışmasın", - deyə partiya sədri bəyan edib.