Türk nazir Qarabağı ziyarət etmək istəyir
01.03.2021
Qarabağın işğaldan azad olunması ən böyük təsəllimizdir.
DM xəbər verir ki, bunu Türkiyənin mədəniyyət və turizm naziri Məhməd Nuri Ərsoy deyib.
"Qədimdən bəri Türkiyə ilə Azərbaycan arasında tarixi və mədəni irs mövcuddur. Qarabağın işğaldan azad olunması ən böyük təsəllimizdir. Azərbaycan uğurlu əməliyyatla öz işini özü həll etdi. Fürsət düşən kimi Qarabağı ziyarət edəcəyik”, - nazir bildirib.