21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Türkiyəyə daxil olmaq istəyən PKK-çılar saxlanıldı

01.03.2021

Şanlıurfa və Mardinin Suriya ilə həmsərhəd vilayətlərində 5 PKK terrorçusu daxil olmaqla dövlət sərhədini pozan 9 şəxs saxlanılıb.

DM xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Cinayətkarlar Şanlıurfanın Ceylanpınar bölgəsi və Mardinin Kızıltepe bölgəsindəki sərhəddən qanunsuz yollarla Türkiyə ərazisinə girməyə çalışıblar.

Qeyd edək ki, ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına daxil edib.

Suriyada PKK terrorçuları PYD və YPG adlarının arxasında gizlənir və son illərdə özlərini "Suriya Demokratik Qüvvələri” adlandırırlar. İranda isə PKK, PJAK adı altında fəaliyyət göstərir.