Nikol Paşinyan məmurları topladı
01.03.2021
Ermənistan baş naziri Nikol Paşinyan Təhlükəsizlik Şurasının toplantısını çağırıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan quruma üzv olan məmurları toplayıb.
Bildirilir ki, iclasda ölkədə yaranmış ağır və böhranlı vəziyyət müzakirə olunub. Daxili siyasi amillərin yaratdığı siyasi gərginlik müzakirə mövzusu olub.