Ermənistan prezidenti siyasi qüvvələrə çağırış etdi
01.03.2021
Ermənistan prezidenti Armen Sarkisyan siyasi qüvvələrə çağırış edib.
DM "RİA Novosti"yə istinadən xəbər verir ki, A.Sarkisyan 2008-ci ildəki 1 mart hadisələrinin ildönümü münasibətilə bəyanat yayıb.
Bəyanatda bu gün Ermənistandakı mürəkkəb siyasi vəziyyətə də toxunulub. Ermənistan prezidenti bütün siyasi qüvvələri qeyri-sabitlik yaradacaq addımlardan və toqquşmalardan çəkinməyə çağırıb.
Qeyd edək ki, bu gün Ermənistanda həm Paşinyan tərəfdarlarının, həm də müxalifətin kütləvi açıq hava tədbirləri keçirməsi gözlənilir.