"Biz Dağlıq Qarabağ ifadəsini işlətməməliyik" - Dövlət başçısı
26.02.2021
"Dağlıq Qarabağ münaqişəsi başa çatıb. Bizim qənaətimizə görə bu, belədir”.
DM xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan bu münaqişənin bir tərəfi idi: "Biz deyirik ki, Azərbaycan bu münaqişəni həll edib. Çünki 30 il davam edən danışıqlar nəticə vermədi.
Ermənistan xalqına yanlış vədlər vermək lazım deyil. Onları bu hala salan xülya idi. Ona görə də status məsələsi ümumiyyətlə gündəlikdən çıxmalıdır. Biz Dağlıq Qarabağ ifadəsini də işlətməməliyik.
Status məsələsini kim qaldırırsa sülhə yox, qarşıdurmaya xidmət edir”.