“Bu cinayəti qınayırıq” - İran səfirliyi
26.02.2021
İran İslam Respublikasının Bakıdakı səfirliyi Xocalı faciəsi ilə əlaqədar Azərbaycana başsağlığı verib.
DM xəbər verir ki, bu barədə səfirliyin "Tvitter" səhifəsində paylaşım edilib.
"İran İslam Respublikasının səfirliyi Xocalı faciəsinin və azərbaycanlı mülki şəxslərin öldürülməsinin 29-cu ildönümündə bu cinayəti qınayır, dost və qardaş Azərbaycan hökuməti və xalqı ilə, xüsusən də bu faciə qurbanlarının yaxınları ilə həmdərd olduğunu elan edir", - paylaşımda qeyd olunub.