Putin Paşinyanla telefonla danışdı
26.02.2021
Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
DM xəbər verir ki, bu barədə Kreml məlumat paylaşıb.
Məlumatda, Putin və Paşinyanın Ermənistandakı vəziyyətlə bağlı danışıqlar apardıqları ifadə edilib. Həmçinin də, Putin vəziyyəti qanunlar çərçivəsində həll etmək üçün Ermənistanda sakitliyin və asayişin qorunmasını dəstəklədiyini vurğulayıb.