"Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik!" - Hikmət Hacıyev
26.02.2021
"Ədalət barışığın vacib bir hissəsidir!"
DM xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "Twitter” hesabında Xocalı soyqırımının 29 illiyi ilə bağlı paylaşımında bildirib.
O, bu bəşəri cinayətləri həyata keçirənlərin Ermənistanda qəhrəman kimi qəbul olunduğunu vurğulayıb.
"Unutmadıq! Xocalı soyqırımının günahsız qurbanlarına ədalət tələb edirik!”, - deyə Pezidentin köməkçisi bildirib.