21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Akif islamzadə: Ölüm hökmü üzümə oxunub - MÜSAHİBƏ + VİDEO

27.01.2018

"İstəmirəm, səsimi itirməyimə görə kiminsə mənə yazığı gəlsin”

O 1987, bu 2018... 31 il edirmi, edir. Səsi və mahnıları ilə böyüdüyümüz Akif İslamzadə 31 ildir ürəyində oxuyur. Buna da hər adamın ürəyi tab gətirməz, onun ürəyi dözüb-durur. 31 il əvvəl ölüm hökmünü üzünə oxuyublar. Çox da soruşanda deyir ki, səsim açılsa, oxumaram. Çox da deyir ki, səsimin batmağında ilahi hikmət var, ən yaxşısı bu imiş, həya-abırla getdik. Bunu Akif İslamzadənin üzünə demədim, amma... amma səs itirməyin ağrısından söz düşəndə onun bu qədər soyuqqanlı olmağı məni qıcıqlandırırdı. Ayırd etmək də olmur: bunu "oynayır”, yoxsa 70-in qapısını döyən bu əzəmətli sənətkar doğrudan-doğruya dünya ilə, taleyi ilə barışıb. Hər halda mən bu "tamaşa”ya inanmıram. Ki, səs var evdən gedir, səs var eldən. Akif İslamzadə təkcə öz səsini itirməyib, Akif İslamzadə bir elin, bir məmləkətin səsini itirib. O səs nə qədər könüllərə su səpə, nə qədər ürəklərə istilik gətirə bilərdi. O səs bir qızın bir oğlana, bir oğlanın bir qıza demədiyi, deyə bilmədiyi sözlər ola bilərdi...
Onu xalq artisti kimi təqdim edəndə sadəcə, gülümsəyir. Nə adamın sözünü kəsər, nə etiraz edər. Acığı da tutmaz. Eləcə gülümsəyər, vəssalam. Və elə gülümsəyə-gülümsəyə də təsbehini çevirib, sözünü deyər. Deyər ki..Ardı videoda...
Dövran Media müsahibəni təqdim edir: