21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Rusiya Müdafiə Nazirliyi: “Paşinyan çaşıb...”

26.02.2021

Rusiya Müdafiə Nazirliyi Ermənistanda böyük təlatümə gətirib çıxarmış və hətta ordunun Paşinyana qarşı çıxmasına səbəb olmuş "İsgəndər” polemikasına nəhayət rəsmən müdaxilə edib. Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general İqor Konaşenkov Qarabağda gedən hərbi əməliyyatların gedişində Ermənistan ordusunun "İsgəndər” operativ-taktiki raket komplekslərini tətbiq etmədiyini, bütün döyüş başlıqlı raketlərin anbarda olduğunu bəyan edib.

Xatırladaq ki, Ermənistanda kapitulyasiyadan sonra "İsgəndər” polemikası uzun müddətdir davam edirdi. Bu raketlər barədə əvvəlcə Ermənistan Silahlı Qüvvələrinin keçmiş baş qərargah rəisi, general-polkovnik Movses Akopyan danışıb. Bildirib ki, onun məlumatına görə hərbi əməliyyatların sonuna doğru "İsgəndər” tətbiq edilib: "Amma hansı istiqamətdə, bunu açıqlaya bilmərəm”.

Daha sonra Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Nikol Paşinyanı "İsgəndər”ləri vaxtında tətbiq etməməkdə günahlandırıb. Deyib ki, bu raketləri döyüşlərin 3-cü, yaxud 4-cü günündə Horadiz istiqamətində Azərbaycan qoşunlarının cəmləşmə rayonlarına, yaxud neft-qaz obyektlərinə qarşı tətbiq etmək olardı. Sərkisyanın sözlərinə görə, bunu etmək əvəzinə raketləri müharibənin sonunda Şuşanı geri almaq cəhdi zamanı tətbiq ediblər.

Nikol Paşinyan isə Sərkisyana cavab olaraq deyib ki, qoy o əvvəlcə "İsgəndər”lərin niyə partlamadığına, yaxud "10 faiz partladığına” aydınlıq gətirsin. Bu bəyanat böyük rezonans, o cümlədən Rusiya hərbi-siyasi dairələrində böyük hiddət doğurub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi bəyan edir ki, Ermənistan baş nazirinin "İsgəndər”lər haqda dedikləri onun yanılmasının nəticəsi ola bilər. "Bizim malik olduğumuz obyektiv və mötəbər , o cümlədən obyetiv nəzarət sistemi tərəfindən təsdiq olunmuş məlumatlara əsasən Dağlıq Qarabağdakı münaqişənin gedişində bu tipdən olan raket komplekslərindən heç biri tətbiq olunmayıb. "İsgəndər” komplekslərinin bütün döyüş raketləri Ermənistan Silahlı Qüvvələrinin anbarlarındadır. Belə görünür ki, Paşinyanı çaşdırıblar və ya o dəqiq olmayan informasiyanı istifadə edib. "İsgəndər-E” operativ-taktiki raket kompleksləri dəfələrlə Suriyada terrorçulara qarşı tətbiq edilib. Bu silah öz sinfində dünyanın ən yaxşı silahıdır və hamı tərəfindən etiraf olunur”,-general Konaşenkov bildirib.