Sabah paytaxtın bu yollarında hərəkət məhdudlaşdırılacaq
25.02.2021
Xocalı soyqırımı faciəsinin 29-cu ildönümü ilə əlaqədar sabah paytaxtın bəzi yollarında nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.
Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
Onun sözlərinə görə, sabah səhər saat 08:00-dan etibarən Xətai rayonu Xocalı prospekti "Ana fəryadı” abidəsi qarşısında keçiriləcək yürüş tədbirinin təhlükəsiz təşkil edilməsi məqsədilə Xocalı prospekti ilə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq:
"Eləcə də paralel olaraq paytaxtın Xocalı prospekti ilə kəsişən və bu prospektə bitişən bütün küçə və prospektlərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Buna görə də nəqliyyat vasitələrinin alternativ yollardan istifadə etmələri tövsiyə olunur.