"Cənablar öz işinizlə məşğul olun"
25.02.2021
Nikol Paşinyan yenidən tərəfdarları qarşısına çıxıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Paşinyan çevrilişə imkan verməyəcəklərini deyib.
"Cənablar öz işinizlə məşğul olun. Bu bir göstərişdir, əmrdir. Sərhədləri, təhlükəsizliyi qoruyun. Bəzi qüvvələr ordunu antikonstitusion işlərə qalxmağa məcbur edir. Biz buna imkan veməyəcəyik. Ordu siyasətə qarışa bilməz. Ordu hakimiyyəti və xalqı dinləməlidir", - deyə Paşinyan bəyan edib.