Lavrov Ayvazyanla Ermənistandakı vəziyyəti müzakirə etdi
25.02.2021
Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.
DM-in verdiyi məlumata görə, nazirlər Ermənistandakı vəziyyəti müzakirə ediblər.
Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib.
"Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb.