Erməni deputatdan AÇIQLAMA
25.02.2021
Ermənistan parlamentinin deputatı, hakim partiyanın təmsilçisi, müdafiə və təhlükəsizlik üzrə daimi komissiyanın sədri Andranik Koçaryan baş qərargahın Paşinyana istefa tələbi ilə yaydığı bəyanata münasibət bildirib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, deputat bəyanatı hərbi sahədə planlaşdırılan islahatlarla əlaqələndirib.
"Baş qərargahın bəyanatı orduda keçiriləcək islahatlarla bağlıdır", - deyə bəyan edən Koçaryan əlavə edib ki, islahatlarla bəzi qüvvələrin mövqeyi zəifləyə bilər və buna görə müqavimət göstərilir.