03 12 2024-cu il Bakı 7 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyanın fraksiya rəhbəri hökumət binasından qaçdı

25.02.2021

 Ermənistanda hakim "Mənim addımım" blokunun parlament fraksiyasının rəhbəri Lilit Makunts hökumət binasından çıxarkən görüntülənib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, L.Makunts hökumət binasında Paşinyanın qəbulunda olub.

Daha sonra tələsik binanı tərk edən fraksiya rəhbəri qapıda jurnalistlərin baş qərargahın bəyanatı barədə suallarını cavablamadan jurnalistlərdən qaçaraq ərazidən uzaqlaşıb.

Həmçinin parlament spikeri Ararat Mirzoyan və vitse-spiker Alen Semyonyanın Paşinyanın qəbulunda olduğu deyilir. Onlar yaranmış vəziyyətdən çıxış yollarını müzakirə edirlər.

Ermənistanda bütün dövlət orqanlarının təhlükəsizlik tədbirləri gücləndirilib. Ermənistan Polisinə İrəvanın mərkəzində güc toplamaq barədə göstəriş verilib.