Bayden "Greencard"la bağlı məhdudiyyətləri aradan qaldırdı
25.02.2021
ABŞ prezidenti Co Bayden "Greencard"la bağlı məhdudiyyətləri ləğv eedib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Bayden bu məhdudiyyətlərin ABŞ iqtisadiyyatına mənfi təsir göstərdiyini bəyan edib.
Sözügedən məhdudiyyətlər Tramp dönəmində qüvvəyə minmişdi. Sabiq ABŞ prezidenti bu məhdudiyyətlərin ölkədə işçilərin hüquqlarını qorumaq və əmək bazarında ABŞ vətəndaşlarının mövqeyini gücləndirməyə xidmət etdiyini bildirmişdi.