Liviyanın Benqazi şəhərində küçənin ortasında dolaşan aslan sosial mediada diqqət mərkəzinə çevrildi.
DM ANADOLU AJANS-a istinadən xəbər verir ki, Benqazinin Benina bölgəsində səhər tezdən bir vasitənin içərisindən çəkilmiş həvəskar videoda mülki ərazilərdə küçənin ortasında bir aslanın azdığını göstərir.Sosial media istifadəçiləri arasında geniş paylaşılan görüntülərdə videonu çəkənin ətrafdakı bir gənci xəbərdar etdiyi eşidilir. Daha sonra aslan küçənin sonundakı bir mərmər emalatxanasının bağçasına girdiyi görülür.
Qeyd edək ki, Vətəndaş müharibəsi və siyasi böhranların illərdir davam etdiyi Liviyada, Benqazi, ölkənin şərqindəki qeyri-qanuni qüvvələrin lideri Xəlifə Haftarın nəzarətindədir.