Dünyaca məşhur Niaqara şəlaləsi hökm sürən şaxtalı hava səbəbilə donub.
DM xarici KİV-ə istinadən xəbər verir ki, şəlalənin yerləşdiyi ABŞ-Kanada sərhədində temperatur -18 dərəcədən aşağı düşüb. Təbiət hadisəsi ortaya maraqlı görüntülər çıxarıb.
Xatırladaq ki, şəlalə 2014 və 1936-cı illərdə tamamilə donmuşdu.