Türkiyə ilə Hollandiya BARIŞDI
20.07.2018
Türkiyə və Hollandiya diplomatik əlaqələrin normallaşdırılması barədə razılıq əldə ediblər.
"Dövran Media" Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə xarici işlər nazirləri Mövlud Çavuşoğlu və Stefan Blok arasında baş tutan telefon danışığı zamanı razılıq əldə olunub.
"Nazirlər qısa zamanda Haaqa və Ankarada səfir postlarının bərpası barədə razılaşıblar”-deyə açıqlamada deyilir.
Xatırladaq ki, 2017-ci ilin martında Hollandiya hakimiyyəti viza almaq istəyən türk nazirlərini ölkə ərazisinə buraxmamışdı.