Bu ölkədə vaksinasiyaya başlanıldı
24.02.2021
Ukraynada koronavirus əleyhinə vaksinasiyaya başlanılıb.
DM xəbər verir ki, ilkin olaraq Çekas bölgəsində kampaniyaya start verilib. Burada 16,2 min doza peyvənd alınıb.
Bundan əvvəl səhiyyə naziri Maksim Stepanov Oxford / AstraZeneca koronavirus peyvəndinin ilk dozalarının Ukraynanın bölgələrinə göndərildiyini və ölkədə peyvəndləməyə ən qısa müddətdə başlanacağını bildirmişdi.