İtalyan nazirdən inanılmaz Krım AÇIQLAMASI
20.07.2018
Rusiya Krımı qanuni yolla anneksiya edib.
"Dövran Media" xəbər verir ki, bu barədə İtaliyanın Daxili İşlər naziri və Liqa Partiyasının rəhbəri Mateo Salvini danışıb.
"Referendum keçirilib və insanların 90 faizi Krımın Rusiyanın tərkibinə qayıtması üçün səs veriblər”, - nazir bildirib.
Nazir həmçinin Ukraynadakı inqilabın saxta olduğunu və ərəb inqilabında olduğu kimi, xaricdən maliyyələşdirildiyini qeyd edib.
O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaların İtaliya iqtisadiyyatına zərbə vurduğunu və buna görə də ləğv edilməli olduğunu da söyləyib.