Bakıda quraşdırılan sığınacaqlar
24.02.2021
Bakının 5 ərazisində isinməyə ehtiyacı olan insanlar üçün çadırlar quraşdırılıb.
Bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən bildiriblər.
Qeyd olunub ki, çadırlar qarlı hava şəraiti olan günlərdə açıq olacaq:
"Çadırlar Nərminov rayonu - metronun çıxışı, Yasamal rayonu - İnşaatçılar metrosunun çıxışı, Binəqədi rayonu - Azadlıq metrosunun çıxışı, Sabunçu rayonu - Fətəliyev küçəsi, İmam Rza məscidinin yanında və Xəzər rayonu ərazisində quraşdırılıb”.
Bu işə Regional İnkişaf İctimai Birliyinin (RİİB) könüllüləri və icra hakimiyyətinin əməkdaşları nəzarət edir.