Ermənistan ordusunun hərbçiləri itaətsizlik GÖSTƏRİRLƏR
24.02.2021
Ermənistanda bir qrup hərbçi itaətsizliyə başlayıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, fevralın 23-də bir qrup hərbçi və onların yaxınları əsgərlərin daimi təhkim olunduğu yerlərə qayıtmalarının qarşısını almağa çalışıblar, nəticədə çaxnaşma yaranıb. Bölüklərdən bəzi əsgərlər vəziyyətdən istifadə edərək icazəsiz hərbi hissələri tərk ediblər.
Qeyd edilib ki, komandanlıq rəsmi araşdırmalara başlayıb, hərbi polis itaətsizlik göstərən əsgərləri axtarır və onlara qarşı cinayət işləri başlanacaq.