Deputatların bir hissəsi peyvənd olundu
24.02.2021
Milli Məclisin deputatlarının bir qrupu koronavirusa qarşı peyvənd olunub.
DM xəbər verir ki, peyvənd olunan deputatlar özlərini yaxşı hiss edir. Koronavirusu keçirmiş deputatlarda isə anticisimlər olduğu üçün peyvənd olunmaları hələki tövsiyə olunmayıb.
Deputatların peyvəd olunması prosesi davam edir. Qeyd edək ki, deputatların peyvənd olunması könüllü əsasla aparılır.