Ermənistanda əhali sərhədyanı əraziləri tərk edir
24.02.2021
Ermənistan əhalisi Azərbaycanla sərhədyanı bölgələrdən kütləvi köçə başlayıb.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bununla bağlı statistik göstəricilər yayılıb.
Belə ki, Sünik mərzini (inzibati-ərazi bölgü vahidi) 1 300 nəfər, Tavuş mərzini 800 nəfər, Qeqarkunik mərzini 300 nəfər, Vayots Dzor mərzini isə 200 nəfər tərk edib.