Paşinyan Koçaryana cavab verdi
24.02.2021
Ermənistan baş naziri Nikol Paşinyan sabiq prezident Robert Koçaryana cavab verib.
DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bir müddət öncə keçmiş Ermənistan prezidenti Robert Koçaryan Nikol Paşinyanı ittiham etmişdi. Koçaryan bəyan etmişdi ki, özü prezident olsaydı, guya Ermənistan məğlub olmayacaqdı.
Paşinyan Koçaryana cavabında bu iddianın ciddi olmadığını bildirib.
"Kim ki, 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistana başçılıq etməyib, rahatlıqla deyə bilər ki, o prezident olsaydı, məğlub olmayacaqdıq. Kim ki, bu dövrdə prezident olmayıb, qoy danışsın ki, ölkəyə o rəhbərlik etsəydi, uduzmazdıq", - deyə Paşinyan bəyan edib.