Çavuşoğludan Türkmənistan XİN başçısı ilə görüş barədə PAYLAŞIM
23.02.2021
Türkiyənin XİN başçısı Mövlud Çavuşoğlu sosial şəbəkə hesabında Türkmənistanın xarici işlər naziri Reşit Meretovla görüşü barədə paylaşım edib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çavuşoğlu görüşdən məmnunluğunu ifadə edib.
"Qardaşım Reşit Meretovu ikinci vətənində qonaq etməkdən xoşbəxtəm. Nazirliklərimizin 2021-22 əməkdaşlıq proqramını imzaladıq. Prezidentimizin bu il gerçəkləşdirəcəyi Türkmənistan ziyarətinin hazırlıqlarını müzakirə etdik. Türkmənistanın müstəqilliyinin 30-cu ildönümü qutlu olsun!", - deyə Çavuşoğlu qeyd edib.