10 04 2025-cu il Bakı 8 ℃
DM RADİO
Onlİne xəbər
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024

Rusiya və Gürcüstanı birləşdirən yol yenidən bağlandı

23.02.2021

 Gürcüstan və Rusiyanı bağlayan Yuxarı Lars yolunda hərəkət tam məhdudlaşdırılıb.

DM Gürcüstan KİV-ə istinadən xəbər verir ki, yolda bütün növ nəqliyyat vasitələrinin və avtomobillərin hərəkəti yasaqlanıb. Bildirilib ki, qadağa müvəqqəti xarakter daşıyır və səbəb əlverişsiz hava şəraiti, qar uçqunu təhlükəsi və yolların buzlamasıdır. Hava şəraiti normallaşandan sonra hərəkət bərpa olunacaq.

Qeyd edək ki, tarixi Dəryal keçidindən keçən yol həmçinin Hərbi Gürcüstan yolu adlanır və Ermənistanla Rusiyanı da birləşdirir.