21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Dalay Lamanın ölümü Asiyada dini böhran yaradacaq

23.02.2021

14-cü Dalay Lamanın ölümü Asiyada dini böhrana səbəb ola bilər.

DM CNN-ə istinadla xəbər verir ki, hazırda 85 yaşında olan Buddist fiqur, Dalay Lama bir müddət əvvəl bəyan etmişdi ki, 90 yaşına çatanda yenidən reinkarnasiya (ruhun bir bədəndən digərinə keçməsi) olub-olmayacağına qərar verəcək. Dalay Lamanın 90 yaşına çatmasına bir neçə il qaldığına görə, beynəlxalq ictimaiyyət arasında ölümünün Asiyada dini böhrana səbəb ola biləcəyi qorxusu var.

Çin hökuməti Tibeti 1950-ci ildə işğal edib və o zamandan bu yana bölgəni idarə etməyə çalışır. Çin tərəfindən Tibeti Çindən ayrırmağa çalışan "pis klik” nəzarətçisi kimi qəbul edilən Dalay Lama 1959-cu ildə Hindistana qaçıb, 10-cu Pançen Lama (Lobsanq Trinle Lhundrup Çoki Qyaltsen) Tibetdə qalıb. Dəfələrlə Çin hökmranlığına qarşı çıxıb və 1960-cı illərdə Tibetdəki aclıqla bağlı məqalə hazırlayıb.
Son illər Çin Dalay Lamanın şəxsiyyətini sarsıtmaq, tibetlilərin dini həyatından kənarlaşdırmaq üçün səyini artırıb. İllər əvvəl Çin Xalq Respublikasının ilk lideri və qurucusu Mao Tszedun iclasların birində deyib ki, 14-cü Dalay Lama "din zəhərdir”.

Əsil adı Tençzin Qyamçxo olan, Tibet, Monqolustan, Buryatiya, Tuva, Kalmıkiya və digər regionlarda yaşayan buddistlərin dini lideri 14-cü Dalay Lamanın səhhəti hələ də yaxşıdı. Onun ölümünün Asiyada dini böhrana səbəb ola biləcəyi qorxusu ilə yanaşı, varisliyi ilə bağlı suallar da artır.

Bu illər ərzində Dalay Lama reinkarnasiyası üçün Tibetdə deyil, Hindistanda yeni bir varis seçməsi də daxil olmaqla bir sıra variantlar təklif edib və hətta bir qadının rol alması fikri də yaranıb. Mütəxəssislər iki ayrı Dalay Lamanın seçilmə ehtimalının mövcud olduğunu iddia edir - biri Çində, digəri Hindistanda.
Çin hökuməti yanında Dini İşlər üzrə Dövlət Bürosu, 2007-ci ildə yaşayan Tibet Budalarının reinkarnasiyası üçün idarəetmə tədbirlərini əks etdirən bir sənəd yayıb. Sənəddə qeyd edilirdi ki, Tibet din xadimlərinin reinkarnasiyaları Çin hökumət orqanları tərəfindən, "xüsusilə böyük təsiri olanlar” isə Çinin hazırda Baş nazir Li Keqianqın rəhbərlik etdiyi Dövlət Şurası tərəfindən təsdiqlənməlidir. Lakin Dalay Lama, reinkarnasiya etməyi seçərsə, 15-ci Dalay Lamanı tapma məsuliyyəti sürgünə getdikdən sonra qurduğu Hindistan mənşəli bir qrup olan "Gaden Phodrang Trust”un üzərinə düşəcəyi bildirilir.

Hindistanın Himaçal Pradeş şəhərinin Kanqra bölgəsinin mərkəzi qərargahı olan Dharamsaladakı Tibet Siyasət İnstitutunun araşdırmaçısı Tenzin Tseten deyib ki, Dalay Lama tibetlilər üçün böyük əhəmiyyətə sahibdir və onların millətçilik və şəxsiyyət simvoludur. Onun sözlərinə görə, tibet xalqı ÇKP tərəfindən təyin etdiyi Dalay Lamanı heç vaxt qəbul etməyəcək.

Çin, dini qurumu nəzarəti altına alaraq tibetlilərin həyatını kökündən kəsmək siyasətinə davam etdirdiyi bir vaxtda, ABŞ Tibet xalqının istəyinə uyğun olaraq, Dalay Lamanın reinkarnasiyasını seçən Çin hökumət rəsmilərinə sanksiya tətbiq olunacağı ilə hədələyib.