21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Paşinyan hökumət binasından çıxmağa məcbur oldu

23.02.2021

 Xəbər verdiyimiz kimi, Ermənistanda hökumət binasının qarşısında müxalifətin genişmiqyaslı aksiyası keçirilib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, uzun müddət davam edən aksiyalar zamanı hökumət binasında olan Ermənistan baş naziri Nikol Paşinyan aksiyanın bitməsini gözləmədən mühasirəni yararaq ərazini tərk etməyə məcbur olub.

Mühafizə xidməti əməkdaşlarının müşayiəti ilə binadan çıxan Paşinyan etirazçıların "Nikol, sən satqınsan!" şüarları ilə qarşılaşıb. O, şüarlara və təhqirlərə reaksiya vermədən oradan uzaqlaşıb.

Aksiyaçıların həbsi prosesi davam edir. Ermənistan Polisi saxlanılanların sayının 51 nəfərə çatdığını etiraf edib.