Ermənistan Azərbaycana şərt irəli sürdü
23.02.2021
Ermənistan xarici işlər naziri Ara Ayvazyan Qarabağla bağlı növbəti qərəzli açıqlama verib.
Ermənistan KİV-i xəbər verir ki, o, sülh danışıqları aparmaq üçün Azərbaycana şərt irəli sürüb.
"Bütün əsirlər qaytarılmayınca, Qarabağla bağlı sülh danışıqları bərpa oluna bilməz”-deyə Ayvazyan söyləyib.
O, Qarabağın yekun statusunun müəyyənləşdirilməsini region üçün ən əhəmiyyətli məsələ hesab edir.