Vətən müharibəsində AAYDA-nın 1 əməkdaşı itkin düşüb
22.02.2021
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməldaşları 44 günlük Vətən müharibəsində iştirak edib.
DM xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) idarə heyətinin sədri Saleh Məmmədov deyib.
O bildirib ki, müharibədə əməkdaşlardan 182 nəfər iştirak edib, onlardan 10 nəfər zabit, 172 nəfər çavuş olub: "Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edən əməkdaşlarımızdan 7 nəfər yaralanıb, 1 nəfər isə itkin düşüb. Eyni zamanda əməkdaşlarımızdan 44 nəfər döyüşdə göstərdikləri şücaətlərə görə Prezident İlham Əliyev tərəfindən medallarla təltif olunublar”.