Dünyanın ən dəqiq xəritəsi yaradıldı
22.02.2021
Prinston Universitetinin astrofziki Riçard Qott yer kürəsinin yeni xəritəsini təklif edib.
DM xəbər verir ki, yaradılan xəritə rulonla əzilmiş kimi görünür və iki tərəflidir. Şimal və Cənub yarımkürələr aşağıda gördüyünüz kimi ekvatorun hər iki tərəfində yerləşir. Llayihə üzərində iş zamanı tədqiqatçılar əvvəllər yaradılan xəritələrdə hansı səhvlərin baş verdiyini təhlil ediblər və öz işlərində bunlardan uzaq olmağa çalışıblar.
Riçard Qott qeyd edib ki, Kürənin istənilən xəritəsi mükəmməl ola bilməz: "Lakin xəritəmiz lokal ərazilər, bölgələr, əyilmələr, məsafələr və sərhəd kəsiklərindəki səhvlərin minimuma endirilməsi sayəsində əvvəlkilərdən daha yaxşıdır".