Türkiyədə PKK-ya qarşı daha bir əməliyyat keçirildi
22.02.2021
Türkiyədə PKK terror təşkilatına qarşı əməliyyat keçirilib.
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, əməliyyat Mardinin Mazıdağı, Derik və Kızıltepe ilçələri ərazisində gerçəkləşdirilib. 3 ilçənin 18 məhəlləsində əməliyyatla bağlı müvəqqəti küçəyə çıxma qadağası elan olunub.
Əməliyyatın ülki əhalinin təhlükəsizliyinə təhdid törədən terrorçuların zərərsizləşdirilməsi, sığınacaqların dağıdılması, silah və ləvazimatların götürülməsi məqsədi ilə keçirildiyi bildirilib.