21 11 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024

Bayden Yaxın Şərq siyasətini dəyişir

21.02.2021

 ABŞ Prezidenti Co Bayden Orta Şərqdə Donald Tramp dövrünün izlərini silmək istəyir.

DM xəbər verir ki, bu barədə "Haber Qlobal” nəşri süjet hazırlayıb.

Bildirilib ki, Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanı özünə uyğun mövqedə qəbul etməyən Bayden İsrail Baş naziri Benyamin Netanyahuya da fərqli mövqe sərgiləyir:

"Hakimiyyətə gəldikdən uzun müddət sonra Netanyahu ilə əlaqə saxlayan Bayden Səudiyyə Ərəbistanı ilə münasibətlərə də yenidən baxacaq. Məlum olduğu kimi, Salman və Tramp rəhbərliyi arasında yaxın münasibətlər mövcud idi. Yeni dövrdə bunun dəyişəcəyi gözlənilir. Ağ Ev sözçüsü Cen Psaki münasibətlərdə "həmkar-həmkar” dövrünün başlayacağını deyib. Bu yanaşmaya görə, Səudiyyə Ərəbistanının 85 yaşlı kralı Salman bin Əbdüləziz artıq Baydenlə birbaşa təmas quracaq. Vəliəhd Salman isə Pentaqon rəhbəri Llyod Ostinlə danışıqlar aparacaq”.

Nəşrin məlumatına görə, Səudiyyə Ərəbistanı rəhbərliyi ilə Bayden hakimiyyəti arasında bəzi problemlərin yaşanacağı ehtimal edilir:

"ABŞ-ın yeni rəhbərliyi Yəməndə Səudiyyə Ərəbistanı ilə davam edən müharibəyə son verilməsini istəyir. Artıq Ər-Riyada silah satışı da müvəqqəti olaraq dayandırılıb”.