Belçikalı rejissor Natəvanın həyatını ÇƏKƏCƏK
19.07.2018
Belçikalı rejissor Mişel İvo Xurşidbanu Natəvanın həyatı barədə sənədli film çəkmək niyyətində olduğunu bildirib.
"Dövran Media"nın akademiyanın saytına istinadən verdiyi xəbərə görə, rejissor filmlə bağlı Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutuna müraciət edib və institutun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimovla görüşüb.
O, Natəvanın əsərlərinin Əlyazmalar İnstitutunda saxlanan əlyazmaları, ona dair sənədlər, eləcə də şairin rəsmli albomu ilə tanış olub.