17 nəfərlə 500 ermənini məhv edən "Hadrut Fatehi"
19.02.2021
Vətən müharibəsinin qəhrəmanlarından biri də şəhid Camal İsmayılovdur.
DM xəbər verir ki, "Belə-belə işlər" layihəsi növbəti buraxılışını Vətən Müharibəsi Qəhrəmanına həsr edib.
1984-cü ildə Neftçalanın Həsənabad qəsəbəsində dünyaya gələn Camal, 2002-ci ildə hərbi xidmətə başlayıb, XTQ-nin kəşfiyyatçılarından olub. Aprel döyüşlərinin də iştirakçısı olan baş gizir, Türkiyə və Gürcüstanda xüsusi təlimlər keçib.
Camal rus, erməni və ingilis dillərini mükəmməl bilirdi. O, ermənilərin rabitə sisteminə qoşularaq 1500 ermənini öz dillərində aldadıb, geri oturdub, 17 nəfərlik heyətlə 500 ermənini məhv edib.
"Hadrut fatehi” şəhidlik zirvəsinə ucalandan sonra 3-cü övladı dünyaya gəlib. Doğulacaq körpəsinin üzünü görmək ona qismət olmasa da, son vəsiyyəti oğluna Alparslan adının qoyulması olub.