Nizami Səfərova yeni vəzifə verilir
19.02.2021
Milli Məclisin deputatı Nizami Səfərov Məhkəmə-Hüquq Şurasının üzvü təyin ediləcək.
DM xəbər verir ki, bununla bağlı "N.A.Səfərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında” sənəd parlamentin fevralın 23-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Qeyd edək ki, N. Səfərov MM-nin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür. O, Prezident tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı və "Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.