Fuat Oktaydan gözəl AÇIQLAMA
18.02.2021
"Biz bir millətik və bunu göstərəcəyik. Sadəcə döyüş meydanında deyil, ondan sonra işğaldan azad olunan bölgələrin bərpa və tikintisində də sizinlə birgə olacağıq. Görüləcək çox gözəl işlərimiz var”.
DM xəbər verir ki, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay Azərbaycanın Baş naziri Əli Əsədovla görüşdə söyləyib.
Azərbaycanın Baş naziri isə Türkiyənin Qarabağ məsələsində olduğu kimi COVID-19 pandemiyası dövründə də olduqca dəstək verdiyini söyləyib və bu dəstəyə görə Türkiyəyə minnətdarlığını bildirib.