Fransada İslam əleyhinə qanun layihəsi təsdiqləndi
18.02.2021
Fransadakı müsəlmanları hədəf aldığı üçün tənqid olunan qanun layihəsi Milli Məclisdə qəbul edildi.
DM SABAH HABER-ə istinadən xəbər verir ki, bu qərarla bütün sahələrdə müsəlmanların həyatına məhdudiyyət qoyulacağı nəzərdə tutulur. Parlament səsverməsində, qanun layihəsi 151 "xeyir" əleyhinə 347 "bəli" səslə təsdiqləndi. 65 deputat səsvermədə bitərəf qalıb.
Qeyd edək ki, mübahisəli qanun layihəsi 30 martdan başlayaraq Senatda müzakirə ediləcək.