Netanyahu ilə Bayden ilk dəfə danışdı
18.02.2021
İsrail Baş naziri Benyamin Netanyahu ilə ABŞ Prezidenti Cozef Bayden arasında telefon danışığı baş tutub.
DM xəbər verir ki, bu məlumatı İsrail Baş nazirinin mətbuat xidməti yayıb.
Tərəflər arasında əsas müzakirə mövzusu İran məsələsi, Fələstin böhranı, koronovirusla mübarizə məsələləri olub. Liderlər arasında telefon danışığı 1 saat davam edib.
Qeyd edək ki, bu, Bayden prezident seçildikdən sonra tərəflər arasında ilk telefon danışığıdır.