Buna imkan verməyəcəyik - Putin
17.02.2021
Seçkiləri bütün xarici müdaxilə cəhdlərindən qorumalıyıq.
DM xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.
O, bu il keçiriləcək parlament seçkilərində ölkənin suverenliyinə qarşı xarici müdaxilələrə icazə verməyəcəklərini bildirib.
"Rusiyanın dövlət suverenliyinə zərbə vurulmasına imkan vermək olmaz. Seçkilərə xarici müdaxilə yolverilməzdir", - deyə o bildirib.