"Avropada əhalinin 5 faizi vaksin olunub" - Leyen
17.02.2021
Avropa Birliyində əhalinin 5 faizi vaksinasiya prosesindən keçib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AB Komissiyasının nümayəndəsi Ursula Vonder Leyen məlumat verib.
"Avropa Birliyinin bu vaxta kimi 22 milyon insan koronavirusa qarşı ilk doza vaksini vurdurub. Bu, əhalinin 5 faizi deməkdir. Koronavirusa qarşı vaksinasiya prosesi davam edir. Həmçinin ikinci doza vaksinlərin vurulması da yaxın vaxtlarda başladılacaq", - deyə U.V.Leyen bildirib.