"Heç bir vətəndaşı sahibsiz buraxmadıq" - ERDOĞAN
17.02.2021
"Heç bir vətəndaşı sahibsiz buraxmadıq".
DM Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin Ankara təşkilatının konfransında çıxışı zamanı söyləyib.
"Heç bir vətəndaşı sahibsiz buraxmadıq. Vaksinasiyada həmd olsun ki, 5 200 000 nəfərə çatdıq. Vaksinasiya kampaniyası güclü şəkildə davam edir. Hər kəsimə özəl olaraq həyata keçirdiyimiz proqramlarla iqtisadiyyatımızı ayaqda tutduq. Reanimasiyadakı çarpayı sayımız Avropadakı ümumi saya çatır. 1 milyonluq səhiyyə ordumuzla pandemiya dönəmini alınımız açıq şəkildə idarə etdik", - deyə Ərdoğan bildirib.