Baykalın Kılıçdaroğlu və İncə SEÇİMİ
19.07.2018
CHP-nin keçmiş sədri Dəniz Baykal partiya daxilində baş verən münaqişələrə münasibət bildirib.
"Dövran Media" xəbər verir ki, Baykal müxalif isimlərin qurultay qərarını düzgün hesab etmədiyini qeyd edib.
"CHP-nin yeniliyə ehtiyacı olduğu doğrudur. Ancaq bu tip imza toplayaraq qurultay keçirmək partiyaya zərər vurur, partiyanı geri aparır”, - Baykal bildirib.
Xatırladaq ki, Məhərrəm İncə seçkilərdən sonra partiya üzvlərinə müraciət edərək qurultay üçün imzatoplama kampaniyası başlatmışdı.