Ermənilərdən növbəti təxribat
17.02.2021
Qondarma rejim rus dilini "rəsmi dil" elan etməyi planlaşdırır.
DM xəbər verir ki, bu barədə Rusiyanın "RİA Novosti" agentliyi məlumat yayıb.
Qondarma rejimin başçısı Arayik Arutunyan "parlament"ə bununla bağlı layihə irəli sürüb. Layihədə rus dilinin separatçı və qondarma qurum tərəfindən "rəsmi dil" kimi qəbul olunması nəzərdə tutulub. "Parlament"in layihəni müzakirə edəcəyi bildirilir.