Qənirə Paşayeva Etibar Babayevi təbrik etdi
16.02.2021
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva "Azad Azərbaycan” Teleradio Şirkətinin bədii şurasının sədri, əməkdar jurnalist, professor Etibar Babayevlə Mədəniyyət Komitəsində görüşüb.
DM xəbər verir ki, görüşdə 70 yaşı tamam olan ziyalının incəsənət, televiziya və elmi-pedaqoji fəaliyyəti barədə danışılıb, bu sahələrin hər birinə dair bugünkü çağırışlar, dövlət başçısının qarşıya qoyduğu tələblər, ölkəmizin yeni mədəniyyət strategiyası yönündə fikir mübadiləsi aparılıb.
Komitə sədri əməkdar jurnalistin peşəkarlığının, ziyalılığının və kübarlığının yeni nəsil televizyaçıları, gənclər üçün örnək olduğunu deyib:
"Siz harada çalışmısızsa, həmişə öz xeyirxahlığınızla, peşəkar dəst-xəttinizlə seçilmisiz. Respublikamızda və qardaş Türkiyədə müxtəlif ödüllərə layiq görülmüsüz. Sizi bir daha təbrik edir, ən xoş diləklərimizi yetiririk!”
Qənirə Paşayeva Etibar Babayevə üzərində "Şuşa – Azərbaycandır!” yazılmış qol saatı və Mədəniyyət Komitəsi adından təbrik məktubu təqdim edib.
Etibar Babayev səmimi görüş, fikir mübadiləsi və xoş sözlər və təbrik üçün Komitə sədrinə təşəkkür edib.